Bu gün ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci ildəki ilk iclası başa çatacaq.
Bakı vaxtı ilə saat 23:00-da Fed faiz qərarının açıqlayacaq. Fed-in faizi dəyişməyərək 1,75%-də saxlayacağı gözlənilir.
Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.
Fed 2019-cu ildə 3 dəfə faiz endirmiş və sonra “gözlə gör” mövqeyi tutduğunu açıqlamışdı.
Bu gün Fed rəsmilərinin faizləri sabit saxlayacağı gözlənilir. Bazarlar mərkəzi bankın ehtiyat profisitinə tətbiq etdiyi faizi artırıb artırmayacağına baxacaq.
marja