Bu gün Fed faiz qərarını açıqlayacaq | Banco.az

Bu gün Fed faiz qərarını açıqlayacaq

Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.

Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 2 gün davam edən iclasının ardından Bakı vaxtı ilə saat 23:00-da faiz qərarı açıqlanacaqdır. Faizin 2,50% səviyyəsində saxlanacağı gözlənilir.

Fed sədri Cerom Pauel Bakı vaxtı ilə saat 23:30-da mətbuat konfransında danışacaqdır. Maliyyə bazarları Fed sədrinin açıqlamalarını səbirsizliklə gözlənilir. Çünki, investorlar 2019-da Fed-in hələ də iki dəfə faiz artırıb-artırmayacağından əmin olmaq istəyirlər. Bu baxımdan Cerom Pauelin bu gün verəcəyi açıqlamalar daha həlledici olacaqdır.

İnvestorların  Fed-in bir müddət faiz artırmağa fasilə verəcəyini gözləyirlər. 

Lakin veriləcək mesajlar vəziyyəti dəyişə bilər. Əgər Fed rəsmilərinin, Dekabr ayında olduğu kimi, hələ də  2019-cu ildə 2 dəfə faiz artırılacağını gözlədikləri təkrarlanarsa Dolların qiymətində ciddi dəyişiklik gözlənilmir, ola bilsin ki, bir qədər də ucuzlaşsın. Əgər, Fed-in 2019-cu ildə 2 dəfədən çox faiz artıra biləcəyi mesajı verilərsə Dollar bahalaşa bilər.

Saat

Valyuta

Hadisə

Proqnoz

Əvvəlki

23:00

  USD

Federal Açıq Bazar Komitəsinin (FOMC) Bəyanatı

 

 

23:00

  USD

Federal Faiz Nisbəti

2,50%

2,50%

23:30

  USD

FOMC Mətbuat Konfransı

 

 

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et