Bu gün Dollar və qlobal bazarlar üçün həlledici məlumatlar açıqlanacaq | Banco.az

Bu gün Dollar və qlobal bazarlar üçün həlledici məlumatlar açıqlanacaq

FED-in mart ayında faizini ikinci dəfə azalda biləcəyi ehtimallarının artması nəticəsində EUR, GBP və Qızıl bahalaşmaqda davam edir.

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) mart ayında növbəti dəfə faiz azaldılmasına gedə biləcəyi ehtimallarının yüksək olması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmaqda davam etməsinə səbəb olmaqdadır. 

EUR/USD və GBP/USD məzənnələri də müvafiq surətdə bahalaşmaqda davam edir. 

ABŞ-dan önəmli göstəricilər açıqlanacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 

Qızıla tələb artır və bahalaşma 1700$-a kimi davam edə bilər. 

Əlvan metallar bazarlarında isə aşağı faiz siyasətləri fonunda qızıla olan tələb artmaqda davam edir və qızılın qiyməti 1700$-a doğru dəyər qazanmaqdadır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et