Bu gün bitkoin üçün tarixi gün olacaq | Banco.az

Bu gün bitkoin üçün tarixi gün olacaq

Tamara Mustafayeva, Banco.az

Bu gün bitkoin üçün tarixi əhəmiyyətli gün olacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bitkoin əsaslı ilk birja ticarət fondu (ETF) bu gün açılacaq.

"New York Times" nəşrinin xəbərinə görə, belə birjaların fəaliyyətə başlaması 6.7 trilyon dollarlıq ETF sektoru tərəfindən demək olar ki, 10 ildir davam etdirilən müvafiq kampaniyanın nəticəsidir.  

Nyu-York əmtəə birjasının Mübadilə Vasitələri üzrə Müdiri Douglas Yones məsələ ilə bağlı belə açıqlama verərək, "Bu, həyacan verici bir addımdır, ancaq sonuncu olmayacaq", deyə bildirib. O, həmçinin ilk açılışdan sonra növbəti bitkoin əsaslı birja ticarət fondlarının da lisenziya alacağına inandığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et