Bu gün Avroya nəzarət edən bank mühüm qərarlar açıqlayacaq | Banco.az

Bu gün Avroya nəzarət edən bank mühüm qərarlar açıqlayacaq

Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Qərar Bakı vaxtı ilə saat 15:45-də ictimaiyyətə elan ediləcəkdir. Saat 16:30-da isə Avropa Mərkəzi Bankının sədri Mario Draghinin mətbuat konfransı başlayacaqdır.

Ticarət müharibələrinə görə iqtisadi inkişafda zəiflik, inflyasiyanın hədəfə çatmaması kimi səbəblər ilə əlaqədar olaraq Avropa Mərkəzi Bankının 12 Sentyabrdakı iclasında faiz endiriminə getməsi və yeni bir monetar genişlənmə proqramı (Quantitative easing - kəmiyyət yumuşaldılması) açıqlaması gözlənilir.

Ümumi gözlənti mənfi 0.40% olan depozit faizində 10 bənd endirim olacağı istiqamətindədir. Yəni, faizin -0,40%-dən -0,50%-ə düşəcəyi gözlənilir. 

İqtisadçılar Dekabr ayı toplantısında da eyni səviyyədə endirim gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabr ayında vəzifə müddəti başa çatacaq sədr Mario Draghi İyulda verdiyi açıqlamasında mənzərənin getdikcə pisləşdiyini qeyd etmişdi.

"Unicredit"in baş iqtisadçısı Daniel Vernazza da Avropa Mərkəzi Bankının bu həftəki iclasında faiz azaldacağını və yeni bir pullu genişlənmə proqramı açıqlayacağını bildirib.

Vernazza, "Bir təşviq planı açıqlanacağını və faizin də 10 bənd aşağı salınacağını gözləyirik. Daha böyük bir endirim də ola bilər. İnflyasiya 2%-lik hədəflərinə qayıdana qədər dəsrəkləyici olmağa davam edəcəklər",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et