Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT + FOTO | Banco.az

Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT + FOTO

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

Artıq yanacaqdoldurma məntəqələrində “Aİ-95 Premium” və “Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Belə ki, “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.

 

 

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et