Bu futbol klubu yüksək gəlirə baxmayaraq, itkilərlə üzləşib | Banco.az

Bu futbol klubu yüksək gəlirə baxmayaraq, itkilərlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Arsenal” yüksək gəlirə baxmayaraq, itkilərlə üzləşib.

Banco.az xəbər verir ki, “Arsenal” klubunun açıqlamasına görə, 31 may 2024-cü ildə başa çatan maliyyə ilində 616,6 milyon funt-sterlinq gəlir əldə edilərək klub rekordu qırılıb, bu gəlirin 52,4 milyon funt-sterlinqi isə futbolçu transferindən əldə olunub.

Klubun ötən mövsümdəki gəlirinin əvvəlki mövsümdə əldə edilən 466,7 milyon funt-sterlinq gəlirlə müqayisədə 32,1% artdığı bildirilib.

UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə dörddəbir finala yüksələn klubun bu nəticə sayəsində 71,1 milyon funt-sterlinq gəlir əldə etdiyi, oyun günü gəlirlərinin isə 29,1 milyon funt-sterlinq artdığı qeyd edilib.

Açıqlamada komanda və klub işçilərinin maaş xərclərinin 234,8 milyon funt-sterlinqdən 327,8 milyon funt-sterlinqə yüksələrək əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.

Vergi öncəsi ümumi zərərin 17,7 milyon funt-sterlinq olduğu, bunun 2022-2023 mövsümündə qeydə alınan 52,1 milyon funt-sterlinq zərərlə müqayisədə 66% azaldığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram