Bu əmanətçilər kompensasiya almaq üçün gözləyə bilər | Banco.az

Bu əmanətçilər kompensasiya almaq üçün gözləyə bilər

Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da bağlanmış kommersiya banklarının əmanətçilərinə kompensasiya milli valyutada hesablanır və ödənilir.

Bu barədə keçirdiyi mətbuat konfransında Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bəzən əmanətçilər bankdakı pulunun dollar və yaxud avro ilə olmasını əsas gətirərək, həmin valyutada kompensasiya tələb edilər: “Biz ləğvedici olaraq həmin pulu qaytarmırıq, sadəcə kompensasiya ödəyirik. Multivalyutada kompensasiya almaq istəməyən əmanətçilər gözləyə bilər və bankın ləğv edilməsi prosesində növbəliyə uyğun olaraq pulunu öz valyutasında ala bilər. Səhv etmirəmsə, “Parabank” ASC-də belə bir vəziyyət olmuşdur. Amma bu, vəziyyətin normal olan bankda mümkündür. Müflis olmuş bankda bunun tətbiqi çətindir”. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et