Bu elektrik taksisi tıxac problemini iki dəfə azaldacaq | Banco.az

Bu elektrik taksisi tıxac problemini iki dəfə azaldacaq

Tamara Mustafayeva, Banco.az

Birləşmiş Krallığa məxsus mikro elektromobil istehsalçısı Electric Assisted Vehicles (EAV) şirkəti böyük şəhərlərdəki tıxac problemini aradan qaldırmaq, ətraf mühit və infrastruktur əsaslı çatışmazlıqları həll etmək və məhsuldarlığı artırmaq üçün olduqca yüngül və emissiyasız mini taksi istehsal edib. Şirkət bu taksilərin sayəsində növbəti beş il ərzində nəqliyyat probleminin yarıya qədər azalacağına ümid edir.

Bu yaxınlarda eCargo adlı nəliyyat vasitəsini bazara çıxaran və böyük uğura imza atan EAV indi isə bu avtomobilin daha təkmilləşdirilmiş versiyasını taksi kimi təqdim etməyi planlaşdırır. Yeni dizayn sayəsində avtomobilin ön hissəsində bir, arxa hissəsində iki oturacaq yer alacaq.

Şirkətin təsisçisi və CEO-su Adam Barmby açıqlamasında bildirib ki, hazırda bazara çıxarılan elektromobillər böyük, ağır və hərəkət etmək üçün həddindən artıq elektrik israfı edən modellərdir və bu səbəblə də onlar daha az xərclə daha məhsuldar, ekoloji cəhətdən daha təmiz, daha sağlam və rahat yeni bir model dizayn ediblər.

Qeyd edək ki, şirkət kiçik, yüngül və yüksəldilmiş bir velosipedi xatırladan bu taksiyə müvəqqəti olaraq "EAVGo!" adını verib. Modelin ilk prototipinin bu ay istehsal ediləcəyi və yükun təslimatların da növbəti ilin yaz aylarında başlayacağı bildirilib.

Həmçinin oxu: Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram