Bu dəfə "Apple"-dan rəqiblərinə “Sataşan” reklam kampaniyası | Banco.az

Bu dəfə "Apple"-dan rəqiblərinə “Sataşan” reklam kampaniyası

Məlum olduğu kimi, dünyanın ən böyük texnologiya sərgisi “CES 2019” – un dünən rəsmi açılışı həyata keçirilib və sərgi 11 yanvar tarixinədək davam edəcək.

Texnologiya nəhəngi “Apple” şirkəti isə ötən illərdə olduğu kimi bu il də sərgiyə qatılmayacağını açıqlamış və diqqətləri yenə öz üzərinə çəkmişdi. Bununla kifayətlənməyən şirkət eyni zamanda sərgiyə qatılacaq rəqibləri “Google”“Amazon” şirkətlərinə də “sataşmağı” unutmayıb.

Belə ki, istifadəçi məlumatlarının təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini göstərmək üçün şirkət “CES 2019” sərgisinin keçirildiyi Las Veqasdakı sərgi sahəsinin qarşısındakı SpringHills adlı hotelin divarına sərginin açılışından bir neçə gün öncə “iPhone"unuzda olan hər şey "iPhone"unuzda qalar” yazılı reklam afişası asmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Apple” şirkətinin məxfilik siyasəti üzrə gəlir modeli istifadəçilərin bu tətbiq üçün ödəniş etmələrinə əsaslanır. “Facebook” və ya “Google” isə hədəfə alınmış reklamçılıq yolu ilə istifadəçi məlumatlarını pula çevirmək siyasəti yeridir. “Apple” şirkəti də bunu vurğulamaq və məsələyə öz reaksiyasını göstərmək üçün belə bir üsula əl atıb.

Şirkətin CEO – su Tim Kuk şəxsi məlumatların məxfiliyinin insan hüquqları və mülki azadlıq ilə bağlı olduğunu dilə gətirmiş və “Apple” – ın pul itirəcəyini bilsə belə, müştəri məlumatlarını satmayacağını söyləmişdi.

Həmçinin oxu: Rəqabətdə zirvəyə çatan 5 reklam kampaniyası

Tamara Mustafayeva, Banco.az