07 yanvar 2015-ci il tarixindən etibarən “PAŞA Bank” ASC birja üzvü olan “PAŞA Kapital” MMC vasitəsi ilə “Accessbank” ASC -nin ISIN kodu AZ2003004283 və “Unibank KB” ASC-nin ISIN kodu AZ2010002023 olan faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında market-meykerliyinə başlayır.
Bu barədə Bakı Fond Birjasına istinad edən Banco.az məlumat verir.
Market meykerin sözügedən istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.
Bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur