Bu banklarda kredit verilməsində problem yoxdur | Banco.az

Bu banklarda kredit verilməsində problem yoxdur

Son günlərdə manatın dəyərdən düşməsi məsələsi kredit götürənlər və götürmək niyyətində  olanlar arasında müəyyən narahatlığa səbəb olub. Müştərilərdə bankın hansı valyuta ilə kreditlər verməsi və kredit borcunun müddətinin uzadılması, kreditin restrukturlaşdırılması və s. ilə bağlı suallar yaranıb. Məqaləmizdə gündəmdə olan vəziyyətlə bağlı müxtəlif bankların mövqelərini və keçirmək niyyətində olduqları tədbirlər planı ilə bağlı məsələlərə cavab tapmağa çalışmışıq.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, hal-hazırda PAŞA Bankın kreditlərin verilməsi prosesində heç bir dəyişiklik yoxdur, bank adi rejimdə öz fəaliyyətini davam edir. Xarici valyutada verilmiş kreditlərin qaytarılmasına gəldikdə isə, Bank həmişə olduğu kimi öz müştərilərinin maraqlarının keşiyində durur və fərdi yanaşma nümayiş edərək öz dəstəyini göstərməyə hər zaman hazırdır.

Yapı Kredi bankda da kreditlərin verilməsi davam edir. AZN, USD və EUR valyutalarında kredit almaq mümkündür. Bank müştərilərinə individual olaraq yanaşır, müştərilərin problemləri yarandıqda maksimum dərəcədə hər iki tərəfin maraqlarını nəzrə alan addımlar atmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bankda ötən həftənin sonuncu iş günü kredit verilməsində fasilə yaransa da bank bu gündən, həm kredit həm də kapital kartın verilişini bərpa edib. Kapital Bankla yanaşı, Express Bank da kreditlərin böyük əksəriyyətini milli valyutayla verir. Lakin məhdud müştəri kütləsi var ki, (korporativ müştərilər) onlara kreditin verilişi dollarla ola bilər. Kredit müddətinin uzadılması və s. kimi hallar demək olar ki adı çəkilən bankların heç birində müşahidə olunmayıb.

Dəmir bank isə kreditləri həm manat həm də dollarla verir. Kreditin verilməsi prosesində hələ ki, heç bir dəyişiklik müşahidə olunmayıb. Valyuta kursunun kəskin dəyişdiyi günlə halhazırkı vəziyyəti müqayisə etsək, kreditin verilməsində ciddi çətinlik meydana çıxmayıb. Həmçinin kredit üçün müraciət edənlərin sayında da nəzərə çarpacaq azalma müşahidə olunmayıb.

Yekun rəy kimi, qeyd etmək olar ki, devalvasiya, adı çəkilən bankların nə özünə, nə də müştərilərinə nəhəng zərbə vurmayıb. Əhali arasında kredit götürənlərin sayı kifayət dərəcədədir.

Ən sərfəli krediti almaq üçün müraciət et