Bu banklar mənfəət vergisini vaxtından əvvəl ödəyib | Banco.az

Bu banklar mənfəət vergisini vaxtından əvvəl ödəyib

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", “Bank Respublika”, "Xalq Bank", "Express Bank", “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Azər-Türk Bank” və “Günay Bank” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 156,952 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (57,136 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et