Bu banklar mənfəət vergisini ödəmək üçün ilin sonunu gözləməyib | Banco.az

Bu banklar mənfəət vergisini ödəmək üçün ilin sonunu gözləməyib

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", "Xalq Bank", "Express Bank", “Naxçıvan Bank”, “Azərbaycan Sənaye Bankı” və “Ziraat Bank Azərbaycan” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 93,757 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (36,744 milyon manat), ən aşağı göstərici isə “Zıraat Bank Azərbaycan”da (341 min manat) qeydə alınıb.

Qalan 16 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 3-ü bu ilin 9 ayını zərərlə başa vurmuş “Bank Avrasiya” ASC, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır ki, onların da mənfəət vergisi ödəməməsi təbiidir. 

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et