Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs” 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, “Wall Street” bankı olan “Goldman Sachs” ilk rübdə yüksək mənfəət əldə edən rəqibləri “JPMorgan Chase” və “Morgan Stanley”ə qoşulub..
“Goldman Sachs” bazarlardakı dalğalanmaların səhm ticarəti gəlirlərini rekord səviyyədə artırması nəticəsində ilk rübdə mənfəətini 15% artırıb. Xalis mənfəət 31 martda başa çatan 3 aylıq dövrdə 4,74 milyard dollara yüksəlib.
Bankın xalis gəlirləri isə 6% artaraq 15,06 milyard dollara çatıb və bu göstərici bankın tarixində üçüncü ən yüksək rüblük gəlir olub. Gözləntilər isə 14,76 milyard dollar idi. Dalğalı bazar şəraiti Goldman Sachsın səhm ticarəti gəlirlərini 27% artıraraq 4,2 milyard dollara çatdırıb.
Bankın baş direktoru David Solomon verdiyi açıqlamada bildirib: "İlin əvvəlindən etibarən açıq şəkildə fərqli bir fəaliyyət mühitinə daxil olmuş olsaq da, ikinci rübdə də müştərilərimizi dəstəkləmək qabiliyyətimizə olan inamımızı qoruyuruq."
ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase” də ilk rübdə vasitəçilik və səhm ticarəti gəlirlərinin dəstəyi ilə mənfəətini 9% artırmışdı. “Morgan Stanley” də müsbət nəticələr açıqlamış, bank rüblük olaraq rekord gəlir əldə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!