Müəllif -Aida İsaq, Banco.az
Rusiyanın Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) mobil proqramı artıq “App Store”da mövcud deyil.
Banco.az xəbər verir ki, “Apple” şirkəti adı çəkilən bankın mobil proqramını “App Store”dan silib. Bu barədə açıqlama yayan bank müştərilərə avtomatik yeniləmələri dayandırmağı və cihazlarda mövcud olan bank proqramlarını silməməyi tövsiyə edib. Bundan əlavə, istifadəçilər hələ də internet bankçılıqdan istifadə etmək imkanlarına malikdirlər. Qeyd olunur ki, fiziki və hüquqi şəxslər üçün ödənişlər, köçürmələr, depozitlər və digər məhsullar üzrə bütün əməliyyatlar adi qaydada davam etdiriləcək.
Qeyd edək ki, “Rosselxozbank”ın mobil tətbiqini “Google Play”, “AppGallery” və “RuStore”da yükləmək mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!