Bu bank yüzlərlə işçisini ixtisar edəcək | Banco.az

Bu bank yüzlərlə işçisini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Citigroup” yüzlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın “Citigroup” bankı investisiya bankçılığı departamentində işləyən yüzlərlə əməkdaşını ixtisar etmək qərarına gəlib.

Məsələ ilə tanış olan mənbələrə görə, bank bu qərarla ümumi 240 min işçisinin 1 faizindən azını ixtisar edəcək.

Mənbələr sözügedən ixtisarların investisiya və texnologiya şöbələrindəki işçilərə şamil ediləcəyini bildirib.

Xatırladaq ki, bu həftə “Twitter” və “General Motors” kimi şirkətlər də ixtisar qərarı açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et