Bu bank “WhatsApp”dan istifadə edən əməkdaşlarını cərimələyir | Banco.az

Bu bank “WhatsApp”dan istifadə edən əməkdaşlarını cərimələyir

Müəllif - Aida İsaq, Banco.az

Amerika bankı “Morgan Stanley” “WhatsApp”dan istifadə edən bəzi əməkdaşlarını cərimələyib.

Banco.az xəbər verir ki, “WhatsApp”la yanaşı digər tətbiqetmələrdə də işgüzar yazışmalar həyata keçirən işçilər üçün cərimələr bir milyon dollara qədər yüksəlib. Cərimənin məbləği isə göndərilən mesajların sayı, işçinin tutduğu vəzifə və onun ilk qayda pozuntusu nəzərə alınmaqla fərdi qaydada hesablanır.

ABŞ tənzimləyici qurumları banklardan işçilərin ismarıcları ilə bağlı prosedurlara nəzarət etməyi tələb edir. Buna görə də, göndərilən mesajların müəyyən müddətdən sonra avtomatik silinməsi funksiyasını özündə ehtiva edən tətbiqetmələrdən iş məqsədləri üçün istifadə etmək qadağan olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram