Bu bank öz rəhbəri ilə yollarını ayırdı | Banco.az

Bu bank öz rəhbəri ilə yollarını ayırdı

Barclays, CEO (baş icraçı direktor) Antony Jenkinsin Britaniya bankını tərk etməsi ilə bağlı  bəyanat yayıb.

Barclaysın bəyanatında deyilir ki, icraçı sədr John McFarlane müvəqqəti olaraq Group-un icraçı direktorunun vəzifələri öz üzərinə götürəcək, həmin müddətdə bank yeni rəhbərin axtarışında olacaq.

Barclays Jenkinsin qovulduğunu söyləməsə də, ona getməyin təklif olunduğunu açıqlayıb.

"Mən Group liderliyi məsələsi üzərində uzun müddət və dərindən düşündüm və bunu hər bir Qeyri-icraçı direktor ilə müzakirə etdim” –cənab Maykl Reyk bildirib. “Antonynin əhəmiyyətli nailiyyətlərinə baxmayaraq məlum oldu ki, biz hamımız qarşıdakı dövr üçün rəhbərlikdə yeni bilik və bacarıqlar toplusunu görmək istəyirik. Lakin bu heç də o, anlama gəlmir ki, biz şirkət üçün gərgin anlarda etdiyi töhfələrə görə Antonyə minnətdar deyilik”.

Ən sərfəli kredit üçün müraciət et

Bank həmçinin öz bəyanatında əlavə edib: "İdarə heyəti Antony Jenkins tərəfindən Group üçün inanımaz çətin şərtlər fonunda etdiyi şirkətə verdiyi töhfəni yüksək qiymətləndirir və şirkəti əvvəlikdən daha güclü mövqeyə gətirdiyi üçün ona sonsuz dərəcə minnətdardır."

Mənbə: http://www.businessinsider.com/barclays-ceo-antony-jenkins-leaves-2015-7#ixzz3fIpc6d78

Ən sərfəli krediti almaq üçün müraciət et