Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin transmilli investisiya bankı kütləvi ixtisarlara hazırlaşır.
Banco.az xəbər verir ki, “Credit Suisse” investisiya bankı ilin üçüncü rübündə 4,04 milyard dollar zərər açıqlayıb. Bank zərəri kompensasiya etmək üçün 4 milyard dollar dəyərində səhm satmaqla yanaşı, 2025-ci ilin sonuna qədər 9 min nəfəri də işdən çıxarmağı planlaşdırır.
Son dövrlərdə çətin günlər keçirən “Credit Suisse” həmçinin sözügedən kütləvi ixtisarlardan sonra mövcud investisiya bankçılığı bölməsinin fəaliyyətini ayrıca departament kimi davam etdirəcək.
Yeni planın investorları qane etməməsi təəccüb doğurmazkən, bankın səhmləri də dəyər itirməkdə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!