Bu bank kriptovalyuta birjasına təmkinlə yanaşacaq | Banco.az

Bu bank kriptovalyuta birjasına təmkinlə yanaşacaq

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, kriptovalyutalar maliyyə sferasının mübahisəli mövzularından biridir. Bu dəfə də Danimarkanın bankçılıq nəhəngi "Danske Bank" rəqəmsal valyutalarla alqı-satqı prosesinin icrası zamanı diqqətli davranmağı labüd edən səbəblərin əks olunduğu dörd maddədən ibarət bildiriş yayımlayıb.

Danske Bank i stor nedtur: Overskud dykker med seks mia kr

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Danske Bank" müştərilərini ehtiyatlı davranmağa çağırıb və bununla belə, kriptovalyuta növlərinə qarşı kəskin mövqe bildirməyib. Sözügedən açıqlamada həmçinin müştərilərə kriptovalyuta xidmətinin göstərilməyəcəyi, ancaq müvafiq platformalardan daxil olan əməliyyatlara da müdaxilə edilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, bank blokçeyn texnologiyasının potensialını qəbul etsə də, kriptovalyuta birjası üzrə əməliyyatlara təmkinlə yanaşmağı tövsiyə edib. Bununla yanaşı, "Danske Bank" sözügedən birjanı daim izlədiyini və birjada stabillik təmin edilib lazımi tənzimləmələr həyata keçiriləcəyi zaman qərarını yenidən nəzərdən keçirəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et