Bu bank işçilərinin təxminən 2 faizini ixtisar edib | Banco.az

Bu bank işçilərinin təxminən 2 faizini ixtisar edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” işçilərinin təxminən 2 faizini təşkil edən 1600 işçini ixtisar edib.

Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrin verdiyi məlumata görə, ABŞ-ın “Morgan Stanley” investisiya bankı təxminən 1600 nəfəri, yəni işçi qüvvəsinin 2 faizini işdən çıxarıb.

Sentyabrın 30-na olan məlumata görə, “Morgan Stanley”in dünya miqyasında 81 mindən çox işçisi var.

Xatırladaq ki, “Morgan Stanley”dən bir qədər əvvəl “Goldman Sachs” və “Citigroup” da işçilərini ixtisar etmişdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram