Bu bank hər 10 rəhbər işçidən birini ixtisar etməyi planlaşdırır | Banco.az

Bu bank hər 10 rəhbər işçidən birini ixtisar etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” dünya üzrə ən azı 200 yüksək səviyyəli əməliyyat menecerini işdən çıxarır.

Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrin məlumatına görə, Britaniyanın bankçılıq nəhəngi “HSBC” idarəetmə səviyyələrinin tənzimlənməsi və xərclərin azaldılması çərçivəsində dünya üzrə 2000 rəhbər işçidən ən azı 200 nəfərini işdən çıxarmağa hazırlaşır.

O da qeyd edilib ki, Londonda yerləşən bankda həyata keçiriləcək ixtisarlar bir çox şöbə və coğrafi bölgələrə yayılacaq və ən azı 200 ixtisarın əksəriyyəti baş əməliyyat direktorları (COO) arasından seçiləcək.

Mənbələrin verdiyi məlumata görə, ixtisarlar hətta 2000 rəhbər işçinin 15 faizinə çata bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et