Tamara Mustafayeva, Banco.az
İspaniyada fəaliyyət göstərən Banco Santander maliyyə xərclərini azaltmaq üçün tərtib edilən planın bir hissəsi olaraq 3 min 572 işçisini ixtisar edəcəyini və ölkədəki 1033 şöbəsini bağlayacağını elan edib.
Bank rəsmisinin açıqlamasına görə, ixtisarlar bankın daxili bazardakı işçi qüvvəsinin təqribən 12%-nə və şöbələrinin isə üçdə birinə təsadüf edir.
Bununla yanaşı, bankın 1500 əməkdaşı isə şirkət daxilində digər vəzifələrə təyin ediləcək.
Həmçinin oxu: Bank sektorunda ixtisarlar 5 ilin ən yüksək səviyyəsinə çatdı
Bizi sosial şəbəkələrdən izləyin!!