"Muğanbank" ASC-nin ötən ili 12 mln. manatlıq zərərlə başa vurmasından sonra bankın kapitallaşması ciddi təzyiqlə üzləşib. "APA-Economics" xəbər verir ki, bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin proqnozuna əsasən, bankın kapitallaşması yaxın 2 il ərzində ciddi təzyiq altında qalacaq: "Bundan başqa, bank 2017-ci ili də zərərlə başa vuracaq".
Bununla yanaşı, S&P səhmdarların banka verdiyi dəstəyi müsbət qiymətləndirir. Belə ki, səhmdarlar ötən il bankın nizamnamə kapitalını 25 mln. manat artırıb.