AccessBank, 2015-ci ilin birinci yarısına olan maliyyə nəticələrini açıqlayıb. Bu haqda Banco.az portalı Bankın maliyyə göstəricilərinə istinadən məlumat verir.
Faiz gəlirləri artıb
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 19%, faiz xərcləri isə 31% artmışdır.
Lakin qeyri faiz gəlirlərində azalma qeydə alınıb, 63%. Bunun əsas səbəbi məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarında bankın xalis zərərinin 4 milyon 77 min manat olmasıdır.
Həmin müddət ərzində Bankın qeyri faiz xərcləri 19,8% yüksələrək 43 milyon 296 min manata çatmışdır.
İkinci rübü mənfəətlə başa vurub
Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətin kəskin azalmasına baxmayaraq, bank ilk yarını mənfətlə başa vurub.
Bankın iyun ayına olan vergidən öncəki mənfəti 3 milyon 677 mın manat, vergilər ödəndikdən sonrakı mənfəəti isə 2 milyon 519 min manat təşkil edib.
Göstəriclilər |
30.06.2014 |
30.06.2015 |
Faiz gəliri |
76 902 |
91 757 |
Faiz xərci |
23 778 |
31 079 |
Qeyri faiz gəliri |
7 983 |
2 928 |
Qeyri faiz xərci |
36 120 |
43 296 |
Vergidən öncə mənfəət |
27 376 |
3 677 |
Vergidən sonra mənfəət |
22 558 |
2 519 |