Bu ay Almaniyada biznes inamı artıb | Banco.az

Bu ay Almaniyada biznes inamı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatının biznes mühitində canlanma müşahidə edilməkdədir.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən “Biznes Sorğusu”nun noyabr ayı üzrə nəticələrini dərc edib.

Buna görə, oktyabrda yenidən nəzərdən keçirilərək 84,5 punkta çatdırılmış Biznes İnamı İndeksi bu ay 86,3 punkta yüksəlməklə bu tendensiyanı ikinci ayda da davam etdirib.

Bazar gözləntiləri isə indeksin 85 punkta qalxacağına işarə edirdi.

Qeyd edək ki, indeksin yuxarı yönlü hərəkəti Almaniyadakı təbii qaz anbarlarının tamamilə dolu olduğuna dair edilən açıqlamalardan sonra qış aylarında tədarük çatışmazlığı ehtimalının azalması ilə eyni vaxta təsadüf edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et