Bu günlərdə EV NIO startapının avtomobili proqram təminatının yeniləndiyi zaman Pekin yollarının birində qalıb. Proqram təchizatının yeniləndiyi müddət ərzində avtomobil qapı və pəncərələri kilidləyərək sərnişinləri salondan buraxmayıb.
Maşının içərisində bağlı qalanlar; NIO şirkətinin nümayəndəsi və elektromaşını sınaqdan keçirən sürücü olub. Onlar bir saatdan artıq bir müddətdə avtomobili tərk edə bilməyiblər. Bu müddət ərzində yolda qalan maşına dəfələrlə polislər yaxınlaşsa da, sərnişinlərin heç bir açıqlama vermək imkanları olmayıb. Nio ES8 markalı elektrik avtomobilinin yan şüşələrini belə aşağı endirmək mümkün olmayıb.
Hadisədən sonra NIO şirkət nümayəndələri baş verən məsələyə aydınlıq gətirib. Onlar proqram təminatının yeniləndiyi zaman şəbəkəyə qoşulmadan təsdiq olacağını qeyd edib.
Lakin məsələyə təkcə “texnikanın büdrəməsi” tərəfindən deyil, eyni zamanda insan ehtiyatsızlığının nəticəsi kimi də yanaşmaq mümkündür. Tıxacda olarkən, proqram təminatını yeniləməyə qərar verən sürücü olub. Elektromobil özü, proqram təminatını yeniləməzdən öncə avtomobili park etməyi məsləhət görür. Çünki proqram təminatının yenilənməsi müəyyən zaman alır və bu müddətdə avtomobilin bütün funksiyaları sönür. Elektromobilin lazımi bildirişləri etməsinə baxmayaraq, sürücü bu addımı atmağa risk edib. Nəticə isə artıq məlumdur. Bu səbəbdən, yeni nəsil cihazlarının etibarsızlığı məsələsini bütün detalları nəzərə alaraq müzakirə etmək lazımdır.
Həmçinin oxu: Dünya elektrikli avtomobillərə keçir
Günel Gözəlova, Banco.az