Bu avtomobil şirkəti Avropada 4 minə yaxın işçini ixtisar edəcək | Banco.az

Bu avtomobil şirkəti Avropada 4 minə yaxın işçini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” şirkəti Avropada çalışan 3800 işçisini ixtisar edəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı “Ford” elektromobillərə qayıtmaq planının bir hissəsi olaraq Avropada təxminən 3800 nəfəri işdən çıxaracaq.

Bu barədə şirkətdən rəsmi məlumat verilib.

Məlumatda qeyd olunub ki, qlobal avtomobil bazarının elektromobillərə keçid etdiyi bir vaxtda şirkət Avropanın müxtəlif yerlərində çalışan 4 minə yaxın əməkdaşı ilə yollarını ayıracaq. Bildirilib ki, növbəti 3 il ərzində Almaniya və İngiltərədə müvafiq olaraq 2300 və 1300 işçi ixtisar olunacaq.

Şirkətin Avropada təqribən 45 min işçisi fəaliyyət göstərir ki, onların 7 mini İngiltərədəki işçilərdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, daha əvvəlki açıqlamalarında artıq 2035-ci ildə təkcə elektrik avtomobili satmağı planlaşdırdığını bildirən “Ford” buna görə də məhsul inkişaf departamentindəki işçilərin sayını azalda biləcəyini vurğulamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et