Bu avtomobil nəhəngi 300 milyon dollar zərər AÇIQLADI | Banco.az

Bu avtomobil nəhəngi 300 milyon dollar zərər AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor Company bu gün açıqladığı 3-cu rüb üzrə hesabata görə, şirkət 297.72 milyon dollar xalis zərərə uğrayıb.

Cənubi Koreyanın avtomobil nəhəngi bu gün 2020-ci ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini elan edib. Kia Motors ilə birləşərək dünyanın ən böyük beşinci avtomobil istehsalçısı olan Hyundai şirkətinin təqribən 300 milyon dollar zərərə uğradığı məlum olub.

Şirkətdən edilən açıqlamada aşağıdakı ifadələrə yer verilib:

"Üçüncü rüb üzrə nəticələr şirkət-müştəri etibarlılığını təmin etmək və keyfiyyətlə əlaqədar gələcək xərcləri ödəmək üçün qabaqlayıcı tədbirlər görüldüyündən məhz tədarük xərclərini əks etdirir."

Analitiklər şirkətin ABŞ və Hindistan kimi inkişaf etməkdə olan bazarlarda artan tələbin sayəsində üçüncü rübdə dəqiq satışlar həyata keçirməsi səbəbindən sözügedən zərərin proqnozlardan aşağı olduğunu vurğulayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu şirkət məsafədən iş rejimini 2021-ci ilin iyul ayınadək uzatdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et