Bu aviasiya şirkəti sərnişinlərə maraqlı JEST ETDİ | Banco.az

Bu aviasiya şirkəti sərnişinlərə maraqlı JEST ETDİ

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın “American Eagle” hava yolu şirkətinə məxsus 4798 saylı aviareysi ilə 4 may tarixində Florida ştatının Key West şəhərindən Şimali Karolina ştatına səfər planlaşdırılmışdı.

Əlverişsiz hava şəraitinə görə 40 dəqiqə ləngimə ilə havaya qalxan təyyarə daha sonra isə fırtına səbəbindən Cənubi Karolinaya məcburi eniş etməli olub. Charleston hava limanında 1 saat 22 dəqiqə gözləməli olan təyyarənin pilotu isə sərnişinlərə maraqlı jest edib.

Belə ki, Con adlı bu pilot göyərtədəki bütün sərnişinlərə pizza sifarişi verib. Məsələ ilə bağlı çıxış edən hava yolu şirkətinin rəsmisi, “Əməkdaşlarımızla qürur duyuruq”, deyə bildirib.

Xatırladaq ki, oxşar hadisə daha əvvəl də Kanadada yaşanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram