Bu aviaşirkət zəlzələ bölgəsindən pulsuz uçuşlar həyata keçirəcək | Banco.az

Bu aviaşirkət zəlzələ bölgəsindən pulsuz uçuşlar həyata keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pegasus” zəlzələ bölgəsindən pulsuz uçuşlar həyata keçirəcək.

Banco.az xəbər verir ki, Türkiyənin aşağı büdcəli aviadaşıyıcısı “Pegasus” şirkəti 12 fevral da daxil olmaqla, zəlzələ bölgəsindən həyata keçirilən uçuşların pulsuz olduğunu açıqlayıb.

Bu qərarla Adana, Diyarbəkir, Elazığ, Kayseri, Malatya, Kahramanmaraş, Qaziantep və Şanlıurfa hava limanlarından 12 fevral 2023-cü il tarixi də daxil olmaqla bütün planlaşdırılmış daxili birbaşa uçuşlar ödənişsiz olacaq.

Aviaşirkət həmçinin bildirib ki, dünən və bugün Adana, Diyarbəkir, Elazığ, Şanlıurfa, Qaziantep və Kahramanmaraşa ümumilikdə 18 yardım uçuşu həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et