Tamara Mustafayeva, Banco.az
"Lufthansa" hava yolu şirkəti pandemiyadan bəri ilk dəfə mənfəət açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyanın tanınmış hava yolu şirkəti "Lufthansa" səyahət məhdudiyyətlərinin ləğv edilməsi ilə pandemiyanın elan edildiyi vaxtdan bəri ilk dəfə mənfəət əldə etdiklərini açıqlayıb.
Şirkətin ilin III rübü üzrə əldə etdiyi mənfəət 17 milyon avro (20 milyon dollar) hesablanıb. Bloomberg anketində iştirak edən iqtisadçıların proqnozu isə 169 milyon avro zərər qeydə alınacağını işarə edirdi.
Ötən ilin eyni dövründə 1.26 milyard avro xalis zərər açıqlayan şirkətin hazırki mənfəətində yük daşınma üzrə rekord artım da müstəsna rol oynayıb.
Qeyd edək ki, aviaşirkət sonuncu rübdə də mənfəət əldə edəcəklərini, ancaq ilin yekunu üzrə zərər açıqlayacaqlarını proqnozlaşdırır. Bununla yanaşı, "Lufthansa" 2022-ci ildə normal kvotanın 70%-nə nail olmağı hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!