Bu aviaşirkət işçilərinin maaşını artıracaq | Banco.az

Bu aviaşirkət işçilərinin maaşını artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Lufthansa” şirkəti işçilərinin əmək haqqısını artırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, tətillərlə gündəmə gələn alman hava yolu şirkəti “Lufthansa” Müstəqil Kabin Heyəti Təşkilatı (UFO) ilə kabin heyətinin aylıq maaşının 2023-cü ilin yanvar ayından etibarən 250 avro, iyuldan etibarən isə 2,5% artırılması üzrə razılıq əldə edildiyini açıqlayıb.

Bundan əlavə, kabin heyətinin başlanğıc maaşları 17 faiz, ən yüksək maaş qrupunda olanların əmək haqqısı isə 9 faiz artırılacaq.

Qeyd edək ki, artan inflyasiya dərəcələri Almaniya iqtisadiyyatının əksər sektorlarında maaş artımını zəruri edib. Belə ki, sentyabr ayında 10 faiz hesablanan illik inflyasiya enerji və ərzaq qiymətlərindəki yekun bahalaşmadan sonra ötən ay 10,4 faizə qalxmaqla 1951-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram