Bu aviaşirkət indi də 8 min nəfəri işə götürəcək | Banco.az

Bu aviaşirkət indi də 8 min nəfəri işə götürəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Lufthansa” 8 minlik işə qəbul reallaşdırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Almaniyanın aparıcı hava yolu şirkəti “Lufthansa” bu il yenidən 8 min nəfəri işə götürməyi planlaşdırır.

Şirkətin açıqlamasında bu il başlayandan 6 min nəfərin işlə təmin olunduğu xatırladılıb.

Qeyd edilib ki, sözügedən 8 min nəfərlik işə qəbul xüsusilə texniki işçilər, İT mütəxəssisləri, pilotlar və hüquqşünaslar kimi mütəxəssislərin cəlb edilməsini nəzərdə tutur və yeni işə qəbul olunanlar Frankfurt, Münhen, Sürix, Vyana və Brüssel şəhərlərində, o cümlədən Hamburqdakı texnologiya mərkəzində çalışacaqlar.

Xatırladaq ki, Kovid-19 böhranı zamanı dünya üzrə təxminən 40 min əməkdaşı ilə yollarını ayıran “Lufthansa” 2022-ci ilin noyabr ayında pandemiyadan sonra böyüməyə fokuslandıqları üçün 20 min yeni işçinin işə götürülməsi kampaniyasına başladıqlarını açıqlamışdı. Aviaşirkət 45-dən çox sahədə 20 min yeni işçi qəbulunu nəzərdə tutur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram