Bu 11 məsələdə xəsislik etmək olmaz | Banco.az

Bu 11 məsələdə xəsislik etmək olmaz

Banco.az portalı pulu necə ağılla xərcləmək ilə bağlı sizə öz tövsiyələrini təqdim edir. Əsas odur ki, keyfiyyətli həyat tərzinin təməlində duran məsələlərdə qənaət etməyəsiniz.

Məhz bu 11 punktda xəsislik etmək sizə ikiqat baha başa gələ bilər.

Sağlamlıq

Adətən yaşlı insanlar sizə doğum günündə nə arzu edir? Əlbəttəki ilk növbədə uzun ömür və sağlamlıq.  Möhkəm sağlamlıq sizə effektiv işləməyə və biznes ilə məşğul olmağa imkan verir, daha məhsuldar olmaq və əmək qabiliyyətinizi saxlamağa kömək edir. Sağlamlığa zamanında xərclənmiş vəsait sizi gələcəkdə əlavə müalicə məsrəflərindən qoruyur.

Söhbət heç də bahalı idman zallarından və ya VİP spa-mərkəzlərindən getmir, məsələ xəsislik edib sağlamlığınıza ziyan vura biləcək qidalar almaq, ya da vaxtında müalicə olunmamaq və ya orqanizmi sağlamlıq ilə təmin edəcək vasitələri almağa xəsislik etməməkdən gedir.

Yeni biliklər

Yeni biliklər sizə bir başa və ya dolayı yolla əlavə gəlir qazanmağa kömək edəcək. Söhbət nədən gedir? Məsələn siz mühasib işləyirsiniz, amma karyera nərdivanında yüksəlmək arzusundasınız. Bu halda, biznes-ingilis dili və ya gedəcəyiniz digər təkmilləşə kursu sizin üçün çox sərfəli investisiya olacaq.

Çoxdandır maraqlı bir kitab almaq, xarici dil kursuna getmək, universitetə daxil olmaq və ya hər hansı bir təkmilləşmə kursu keçmək istəyirsiniz, amma pulunuza heyfiniz gəlir. Qənaət etməyin! Təhsil –elə bir sahədir ki, ona edilən investisiya öz pulunu kifayət qədər tez çıxardır. Bu sizə daha yüksək vəzifə, yeni bir iş yerinə dəvət, daha çox bacarıq və səriştə əldə etmək imkanları verir. Bütün bunlar bizə öz gəlirlərimizi stabil şəkildə artırmaq imkanı verir.

Autsorsinq

Əgər müəyyən işi sevmirsinizsə, onu məhsuldar hesab etmir və vaxtınızı ona sərf etmək istəmirsinizsə, bu işi autsorsinqə həvalə edin. Yəni məhsuldar olmayan işdən uzaqlaşın ki, sevdiyiniz və qazanc gətirən işə vaxt və enerjiniz qalsın. Məsələn, əgər siz  gecə vaxtı səhmlərin eniş və yüksəlişini izləməsliniszə və yemək bişirməyə vaxtınız yoxdursa, onda yeməyi çöldən sifariş etməyə dəyər.

Peşəkarların işə cəlbi

Təxmini autsorsinqdə olduğu kimidir, sadəcə bir az fərqləri var. Söhbət ondan gedir ki, əgər çıxılmaz bir situasiya ilə üzləşmisinizsə əsl peşəkara müraciət edin, bu sağlamlıqla bağlı məsələ, müəyyən vəkil və ya konsaltinq xidməti ola bilər. Sizə çox qəliz görünən bir iş, peşəkarın sehrli əli sayəsində anında öz həllini tapa bilər. Ona görə də həkimin, vəkilin, müəllimin bahalı olması sizi qorxutmasın. Unutmayın ki xəsis iki dəfə xərcə düşər.

Sürətlənmə

Arzuladığınız məqsədə daha sürətlə çatmağa icazə verən hər bir şeyin sizin büdcənizdə olmağa haqqı çatır, əlbəttə ki sağlamlığa zərər vurmamaq şərti ilə. Məsələn siz 3 əvəzinə 4 müştəri ilə görüşə biləcəksinizsə, onda bahalı qatar (təyyarə) bileti ala bilərsiniz və ya mərkəzə daha yaxın otel seçə bilərsiniz, əsas odur ki xərcləriniz əsaslı olsun və sizə daha sürətlə hərəkət etməyə icazə versin.

Buna həmçinin proseslərin sürətlənməsi üçün avtomotlaşmanı da daxil etmək olar. Əgər yeni fərdi kompüter sizə daha sürətlə yazmaq və ya dizayn hazırlamaq imkanı verirsə, onu almağa səbəbiniz var.

Ən sərfəli kredit üçün müraciət et

Uzun müddətli əşyalar

Bizi əhatə edən əşyalar uzun müddətə hesablanıb, məsələn noutbuk, soyuducu, qarderob, çanta və s. Əgər xəsislik edib ucuz əşyalara qaçsaq, onda təkrar xərcə düşmək ehtimalı daha yüksəkdir. Bundan əlavə insanın istifadə etdiyi təməl əşyalar digərlərinin onun necə bir insan olması və statusu haqqında ilkin fikir yürütməsinə səbəb olur. Heç də ən bahalı lüks brendlərə üstünlük verin – demirik, sadəcə uzunömürlü əşyaların yaxşı görkəmi və kefiyyəti olmalıdır.

Təəssürat və emosiyalar

Əlbəttə xəsislik edib hər ili sadəcə Batumi və Türkiyəyə getmək olar. Amma bircə dəfə yaşadığınız bu dünyadan gözəl anlar ilə ayrılmaq istəyirsinizsə, arzularınızı ıgerçəkləşdirməkdən qorxmayın, sizə fərqli zövqlər yaşadacaq səyahətlər edin. Və yadda saxlayın ki, yalnız gələcək arzular gözləntisi sizi hər işə motivasiya edə bilər.

Netvorking

Maraqlı ünsiyyət iş yerində faydalı olacaq kontaktlar, prespektivli biznes ideyalar və əməkdaşlıq gətirir və ən azından sonrakı yaşam üçün enerji mübadiləsi ilə təmin edir. Amma ünsiyyət keyfiyyətli olmalıdır, sadəcə qeybət mübadiləsi və primitiv söhbətlər olmalı deyil. Heç olmasa ayda bir dəfə fərqli toplantılara, görüşlərə, sərgilərə, konfranslara, seminarlara, təqdimatlara və ya gecələrə qatılmağa çalışın, hansı ki sizin maraq dairənizə uyğundur, xüsusən də əgər beyninizdə nə vaxtsa şəxsi biznes qurmaq ideyası varsa əlaqələr sizin üçün əvəzedilməz və çox dəyərli resursdur.

İstirahət

Bəzən biz üzərimizə əlavə yük götürərək, mümkün qədər çox pul qazanmağa çalışırıq. Işdən sonra ləngiyir, gecəyə qalır, istirahət günləri də çalışırıq. Ailəmiz ilə az vaxt keçirir, yuxumuzu yaxşıca almırıq. Belə halda iş qabiliyyətinin aşağı düşməsinə, yaddaşın və konsentrasiyanın pisləşməsinə təəccüblənmək lazım deyil. Biz getdikdə daha az iş görə bilirik və ona görə də işə sərf etdiyimiz vaxtı daha da artır. Bu çıxışı olmayan qapalı bir dairəyə bənzəyir.

Belə halda özünüzə stop deyin. Istirahət götürüb bir neçə günlük harasa gedin, ya da ən azında doyunca yatın. Sağlamlıqda qənaət etmək olmaz.

Təhlükəsizlik, müdafiə, sığorta

Sığorta məsələsində xəsislik etmək, belə güman edirəm ki, pula qənaət etməyin ən axmaq üsullarından biridir. Sizin əsəbləriniz, mənəvi sakitliyiniz və daxili rahatlığınız bundan daha çox pula dəyər. Sığortanın hansı riski qarşıladığını nəzərə alsaq, ödədiyimiz məbləğ elə də çox deyil.

Bu punktda söhbət sadəcə sığortadan deyil, ümumiyyətlə təhlükəsizlikdən gedir. Məsələn qaranlıq vaxtı siz qənaət xətrinə təhlükəli küçələr ilə piyada gedirsiniz, bəlkə taksi və ya nəqliyyatdan istifadə etmək daha etibarlı olar?

Gələcəyə investisiya

Ən qorxulu səhv – siz yalnız bütün xərcləri qarşıladıqdan sonra “geriyə nəsə qalarsa” onu gələcək üçün investisiya kimi düşünürsünüz. Bu isə düzgün deyil, əgər heç bir vəsaitə qənaət etməsiniz, 50-60 yaşına gələndə əlinizdə heç nə olmayacaq. Bəs, onda necə yaşayacaqsınız? Əminsiniz ki, uşaqlarınızın sizə baxmaq imkanı olacaq? Təqaüdə çıxmağa bir neçə il qalmış sizə yaşamaq üçün lazım olan vəsiti toplaya biləcəksinizmi?

 

Ən sərfəli krediti almaq üçün müraciət et