BTL kampaniyalarda innovativ reklamların əhəmiyyəti | Banco.az

BTL kampaniyalarda innovativ reklamların əhəmiyyəti

BTL aksiyalar nə üçün önəmlidir?

Adətən şirkətlər müştəri ilə bir başa ünsiyyətdə olmaq, emossional mesajı çatdırmaq, loyallığı artırmaq və müştərinin emossional yarımkürəsində yer tutmaq üçün BTL aksiyalar təşkil edir.

Bundan əlavə, BTL aksiyalar məhsul alışını stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.

Bir çoxlarımız parklarda, dənizkənarında, qapalı məkanlarda o cümlədən, alış-veriş mərkəzlərində, supermarketlərdə müəyyən ərazidə quraşdırılmış reklam aksiyalarının (stendlərin) şahidi olmuşuq.

Mexanizmə görə BTL aksiyalar bir neçə formatda həyata keçirilir.

-Əyləncəli

-Tanıtım və məlumat xarakterli

-Satış stimullaşdırıcı

Adətən BTL aksiyalar manual mexanizmli oyunlardan ibarət olur. Lakin insanların diqqətini daha çox cəlb etmək və yadda qalan etmək üçün son bir neçə ildə İNNOVATİV reklam vasitələri ölkəmizdə də geniş yayılmağa başlamışdır. Bunlardan Virtual Reality, İnteractive floor, Kinect sensor, 3D project tipli reklam məhsullarını misal çəkmək olar.

PROVEN TTL reklam şirkəti də, əsasən BTL kampaniyaların keçirilməsi istiqamətində ixtisaslaşmışdır və lokal bazarda keyfiyyət və fərqliliyi ilə global və yerli müştərilərə xidmət göstərir.

Məmmədov Elnur, Proven TTL reklam agentliyinin direktoru