BTC ilə nəql edilən neftin həcmi 4 mlrd. bareli aşıb | Banco.az

BTC ilə nəql edilən neftin həcmi 4 mlrd. bareli aşıb

Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən 2022-ci ilin sonunadək Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 4 mlrd. 232 min 552 barel neft yola salınıb.

Qeyd edək ki, 2006-cı ilin iyun ayında istismara verilən BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.

Məlumata görə, hesabat dövründə terminaldan 5 250 tanker neft ilə yüklənilib və yola salınıb.

Qeyd olunur ki, 2022-ci ildə Ceyhan neft terminalından 224 mln. 388 min 520 barel neft 305 tankerə yüklənilərək göndərilib. 2021-ci ildə BTC ilə dünya bazarlarına 200 mln. 467 min. 463 barel neft dünya bazarlarına çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et