"BTB Kapital İnvestisiya şirkəti" BFB-də üzvlüyə qəbul edilmişdir | Banco.az

"BTB Kapital İnvestisiya şirkəti" BFB-də üzvlüyə qəbul edilmişdir

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 17 dekabr 2018-ci il tarixindən etibarən "BTB Kapital İnvestisiya şirkəti" ASC üzvlüyə qəbul edilmişdir.

Məlumat üçün bildiririk ki, "BTB Kapital İnvestisiya şirkəti" ASC  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12 oktyabr 2018-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda BFB-nin "BTB Kapital İnvestisiya şirkəti" ASC də daxil olmaqla 7 aktiv üzvü var.

BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.