Britaniyanın inflyasiya göstəriciləri bəlli olub | Banco.az

Britaniyanın inflyasiya göstəriciləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada inflyasiya gözləniləndən daha çox zəifləyib.

Banco.az xəbər verir ki, Böyük Britaniyada inflyasiya yanvarda yanacağın qiymətinin aşağı düşməsi səbəbindən gözləniləndən daha çox yavaşlayıb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar ayında istehlak qiymətləri illik müqayisədə 10,1 faiz artıb. Bu, sentyabr ayından bəri ən aşağı artım olub. Dekabrda inflyasiya 10,5 faiz təşkil etmişdi.

İqtisaçıların orta proqnozu isə 10,3 faiz istiqamətində idi.

Xatırladaq ki, oktyabr ayında Britaniyada inflyasiya 11,1 faizlik göstərici ilə 41 ilin pik həddinə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et