Britaniyada mənzil qiymətlərindəki ucuzlaşma dayanıb | Banco.az

Britaniyada mənzil qiymətlərindəki ucuzlaşma dayanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada mənzillərin orta qiyməti 6 aylıq ucuzlaşmasını başa vurub.

Banco.az xəbər verir ki, “Halifax Housing Index” məlumatlarına görə, Britaniyada bir evin orta qiyməti oktyabr ayında 281 min 974 funt sterlinq olub. Sentyabrda bu rəqəm 3000 funt sterlinq daha az idi.

Oktyabr ayında mənzillərin orta satış qiyməti illik miqyasda 3,2 faiz azalıb. Sentyabrda isə mənzillərin orta qiyməti aylıq 0,3 faiz, illik 4,5 faiz ucuzlaşmışdı.

Qeyd edilib ki, illik ucuzlaşma bütün şəhər və regionlar üçün xarakterik olub. Ən böyük geriləmə isə 6 faizlə Cənub-Şərqi İngiltərədə qeydə alınıb. Şotlandiya qiymətlərin illik 0,2 faiz azalaraq ən davamlı olduğu yer kimi seçilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Britaniyada mənzil tələbi zəif olsa da, kirayə haqlarının yüksək olması səbəbindən ilk dəfə mənzil alanların tələbatı oktyabr ayında artımı şərtləndirən amillərdən biri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et