Britaniya müharibə başlayandan sonra Rusiyadan 2 mln. barel neft idxal edib | Banco.az

Britaniya müharibə başlayandan sonra Rusiyadan 2 mln. barel neft idxal edib

Böyük Britaniya Ukraynanın işğalının başlamasından sonra Rusiyadan təxminən 2 milyon barel neft idxal edib.

Məlumatı “Greenpeace” təşkilatı yayıb.

Bildirilib ki, bu müddət ərzində Britaniyaya çatdırılmış 1,9 milyon barrel neftin qiyməti təxminən 276 milyon ABŞ dolları təşkil edib.

“Rusiyanın 24 fevralda Ukraynanın işğalına başlamasından sonra Birləşmiş Krallığa ümumilikdə 8 tanker Rusiya nefti çatdırılıb və bu orta hesabla həftəyə bir tanker edir”, - təşkilatın bəyanatında deylir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram