Britaniya bankları 467 milyard funt sterlinq ehtiyata malikdir | Banco.az

Britaniya bankları 467 milyard funt sterlinq ehtiyata malikdir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı ölkə banklarının 467 milyard funt sterlinq ehtiyatı olduğunu açıqlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) sədri Endryu Beyli Britaniya banklarının mərkəz banknda saxladıqları ümumi ehtiyatların 467 milyard funta yüksəldiyini açıqlayıb.

İngiltərə Bankının (BoE) sədri Endryu Beyli Loughborough Universiteti Biznes Məktəbinin təşkil etdiyi seminarda çıxış edib.

O, çıxışı zamanı 2008-ci il maliyyə böhranından əvvəl Böyük Britaniya banklarının İngiltərə Bankında saxladıqları ümumi ehtiyatların cəmi 10 milyard funt sterlinq olduğunu söyləyib.

“Bu gün bankların 467 milyard funt sterlinq həcmində ehtiyatları var ki, bunun da əhəmiyyətli bir hissəsi yüksək keyfiyyətli likvid aktivlərdən ibarətdir”, sədr vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Beyli çıxışında qeyd edib ki, Britaniya bankları ötən 4 ildə yaranmış qarışıqlıqdan sağ çıxaraq ölkədə maliyyə sabitliyinin qorunmasına öz töhfələrini veriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et