"Brexit-i ertələməyə ehtiyac var" | Banco.az

"Brexit-i ertələməyə ehtiyac var"

Böyük Britaniyanın Baş naziri Theresa May, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması (Brexit) məsələsində qısa bir ertələməyə ehtiyac olduğunu və bu məsələdə həll tapmaq üçün ana müxalifət lideri Jeremy Corbyn ilə görüşmək istədiyini söyləyib.

May, Brexit mövzusunda təxminən 7 saatlıq Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

May, "Bir müqavilə ilə ayrılmaq ən yaxşı həlldir. Bu səbəbdən 50-ci maddəni yenidən təxirə salmağa ehtiyacımız var. Bu mümkün olduqca qısa olmalı və razılığa gəldiyimiz anda başa çatmalıdır",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Parlamentdə Brexit mövzusunda keçirilən səsvermələrdən müsbət bir nəticə alınmadığını bildirən May, "Bu gün bu çıxılmaz vəziyyəti aşmaq üçün addım atıram. Ana müxalifət liderilə oturub, hər ikimizin də bağlı qalacağı və Aİ-dən müqavilə ilə ayrılmağımızı təmin edəcək bir plan üzərində işləməyə dəvət edirəm",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et