Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) qurumun büdcəsində 20 milyard avroluq kəsr yarada bilər.
“The Guardian” xəbər verir ki, bunu Avropa İttifaqının Avropa məsələləri üzrə komissarı Günter Ottinger bildirib.
“Böyük Britaniya artıq bizimlə deyil. Bununla belə Marqarti Tetçlerin endirimlərinə baxmayaraq, o, təmiz vergi ödəyicisi idi. Ona görə də hər il büdcəmizdə 10-25 milyard avroluq boşluq yaranacaq”, - komissar vurğulayıb.
Bu ildə Avropa İttifaqının büdcəsi 157,9 milyard avro təşkil edib.
Report.az