Rusiyanın Mərkəzi Bankı 2024-2027-ci illər üçün “Brent” etalon markalı neftinin bir barelinin orta qiyməti üzrə proqnozunu yeniləyib.
Qurumun məlumatına görə, Mərkəzi Bank 2024-cü il üçün “Brent” neftinin orta qiyməti üzrə proqnozunu 85 ABŞ dollarından 80 dollaradək endirib.
Buna baxmayaraq, Mərkəzi Bank gələn üç il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu deyişməyib.
Proqnoza əsasən, 2025-cil ildə “Brent” neftinin orta qiyməti 80 dollar, 2026-cı ildə - 75 dollar, 2027-ci ildə isə 70 dollar səviyyəsində olacaq.
apa