Londonun ICE Futures birjasında iyul ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2,68 dollar (2,79%) artaraq bir barel üçün 98,82 dollara çatıb.
Banco.az xəbər verir ki, bazar ertəsi günü isə "Brent" markalı neftin qiyməti 7,40 dollar (7,1%) azalaraq bir barel üçün 96,14 dollara düşüb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçersləri 4,23 dollar (4,38%) ucuzlaşaraq bir barel üçün 92,37 dollara düşüb. Ötən cümə günü isə müqavilə 0,25 dollar (0,26%) artaraq bir barel üçün 96,6 dollara çatıb.
