BRAZİLİYADA iki banka birdən hücum: 11 nəfər öldürülüb | Banco.az

BRAZİLİYADA iki banka birdən hücum: 11 nəfər öldürülüb

Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.

Atışma 25 nəfərdən ibarət polis qrupunun iki banka hücum edən qarətçiləri saxlamağa cəhd edərkən baş verib.

Xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb, digər şübhəli bilinənlərin axtarışı davam etdirilir. Qarətçilərin dəqiq sayı məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Hadisə yerinə baxış keçirilərkən oradan 7 tüfəng, 4 tapança, zirehli gödəkcə və partlayıcı tapılıb.

Qarətçi qrupu bir küçədə yerləşən iki banka birdən hücum edib.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et