Braziliya vergi orqanları Neymarın əmlakını "həbs edib" | Banco.az

Braziliya vergi orqanları Neymarın əmlakını "həbs edib"

Braziliyanın vergi administrasiyası hazırda Fransanın "Paris Sen-Jermen" klubunda oynayan məşhur futbolçu Neymarın əmlakına həbs qoyub. "Bu, təminat tədbiridir. Normal təcrübə hesab edilir. Əmlak əvvəlki kimi öz sahibinə məxsusdur", - futbolçunun vəkili Markus Neder mətbuat üçün açıqlmasında bildirib. Yerli vergi orqanları Neymarın Braziliyanın "Santos" komandasından İspaniyanın "Barselona" komandasına keçməsi ilə əlaqədar 17,5 milyon dollar məbləğində vergini dövlət büdcəsindən yayındırmaqda şübhəli olduğunu bildiriblər. Bu məsələ ilə bağlı Neymarın "Cessna Citation 680" markalı təyyarəsinə, "Eurocopter France 130 B4" markalı vertolyotuna, eləcə də şirkətlərdə futbolçunun ailəsinə məxsus paylara həbs qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et