"Brand Credit"in rəhbərliyi dəyişib | Banco.az

"Brand Credit"in rəhbərliyi dəyişib

"Brand Credit" bank olmayan kredit təşkilatının (BOKT) rəhbərliyi dəyişib. Banco.az Reporta istinadən xəbər verir ki, BOKT-un İdarə Heyətinə yeni sədr təyin edilib.

Söhbət Rahil Vaqif oğlu Əhmədovdan gedir. O, bundan əvvəl hazırda ləğvetmə prosesində olan "Dekabank" ASC-nin Kredit Departamentinin direktoru, eləcə də Bankın səhmdarı olub. R.Əhmədov yeni vəzifəsində Sərxan Mehman oğlu Həsənovu əvəz edib. S.Həsənov isə vaxtilə "Dekabank"ın Müşahidə Şurasının üzvü olub.

Ən sərfəli kredit üçün müraciət et

BOKT-un Müşahidə Şurasına isə Niyazi Şaiq oğlu Vəliyev rəhbərlik edir. O, bu ilin mayına qədər həm də "Dekabank"ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb, Bankda pay sahibi olub.

Xatırladaq ki, "Brand Credit" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. BOKT-un təsisçiləri N.Vəliyev (47%), Şaiq Vəli oğlu Vəliyev (47%) və Şəbnəm Rafiq qızı Vəliyevadır (6%). 

Ən sərfəli krediti almaq üçün müraciət et